Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyat prosedurları və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri” mövzusunda maarifləndirici tədbir keçirildi.

26 oktyabr 2023 | 12:30

26 oktyabr 2023-cü il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsinin təşkilatçılığı ilə “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyat prosedurları və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsinin rəis müavini Bəhmən Quliyev, Şirvan Regional Miqrasiya İdarəsinin məsul işçiləri, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və təhsil işçiləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov Hacıqabul rayonunda əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə aparılan iş barədə ətraflı məlumat vermişdir.

Sonra Şirvan Regional Miqrasiya İdarəsinin rəis müavini Bəhmən Quliyev çıxışında Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, elektron xidmətlər, 7 gün 24 saat 3 dildə fəaliyyət göstərən 919 Çağrı Mərkəzi, MİGAZ mobil tətbiqi barədə məlumat verdi. Həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərindən söhbət açdı və leqallaşdırma qaydalarını izah etmişdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər