Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda "Əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və qarşısının alınması sahəsində birgə koordinasiyanın gücləndirilməsi" mövzusunda dəyirmi masa keçirildi.

27 avqust 2025 | 15:50

27 avqust 2025-ci il tarixdə Hacıqabul Rayon İcra Hakimiyyətində "Əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və qarşısının alınması sahəsində birgə koordinasiyanın gücləndirilməsi" mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Hacıqabul  Rayon  İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzin rəisi, polkovnik Vüqar Ağayev, İcra Hakimiyyəti başçısı aparatının və Muğan Regional Mərkəzin məsul əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov bildirmişdir ki, mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində "Əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və qarşısının alınması sahəsində birgə koordinasiyanın gücləndirilməsi" mövzusunda dəyirmi masanın keçirilməsi qərara alınmışdır. Son illər Fövqəladə Hallar Nazirliyinin digər dövlət strukturları ilə birgə səyləri nəticəsində insan tələfatı və maddi itkilərin miqdarı xeyli azalmışdır. Lakin, bir sıra hallarda fiziki və hüquqi şəxslər tərəfindən texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması insanların həyat və sağlamlığının təhlükə altında qalmasına, onların əmlaklarının məhvinə, infrastrukturun sıradan çıxmasına və dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsinə şərait yaradır.

Muğan Regional Mərkəzin rəisi, polkovnik Vüqar Ağayev öz çıxışında iclasın gündəliyində duran və müzakirə olunacaq məsələləri seminar iştirakçılarının nəzərinə çatdırdı. Hacıqabul rayonunda aşkar olunmuş problemlər və onların həlli yollunda görülmüş tədbirlər barəsində məlumat verdi. Tədbirin mahiyyəti haqqında məlumat verərək, mövzu ətrafında fikir mübadiləsi aparılmasının vacibliyini diqqətə çatdırdı. 2025-ci il ərzində əməliyyat növbətçiləri tərəfindən K3 sisteminə Hacıqabul rayonu üzrə daxil olmuş 472 hadisə məlumatı qəbul edilmiş, aidiyyəti üzrə məlumatlar çatdırılmış və problemlərinin həlli istiqamətində nəticələr daim nəzarətdə saxlanılmışdır. 108 yanğın hadisəsi qeydə alınmışdır. Muğan Regional Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri tərəfindən 2025-ci il 6 ayı ərzində 7 əməliyyat çıxışı olmuşdur. 2 əməliyyat çıxışı zamanı subasmış Hacıqabul şəhərində 11 ünvandan, yağan yağış nəticəsində yığılan suların çəkilməsi təmin edilmişdir. 5 əməliyyat çıxışı zamanı Hacıqabul rayonu Qarasu kəndində köməksiz vəziyyətdə qalan 2 nəfər vətəndaş xilasedicilər tərəfindən təxliyə edilmiş, Hacıqabul şəhərində 17 ünvanda fərdi yaşayış evlərinin zirzəmisindən, həyətyanı sahələrindən, Hacıqabul rayon Daxili qoşunların N saylı hərbi hissəsinin poliqonundan yağan yağış nəticəsində yığılan suların çəkilməsi təmin edilmişdir. V.Ağayev çıxışında Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzi tərəfindən əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə problemlərin aktuallığını və ciddiliyini nəzərə alaraq Hacıqabul rayonu Icra Hakimiyyətində icra hakimiyyətinin işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq mühafizə orqanları, yerli icra nümayəndələri, bələdiyyə sədrləri və rayon fövqəladə hallar komissiyası üzvlərinin iştirakı ilə "Əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və qarşısının alınması sahəsində birgə koordinasiyanın gücləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada dinlənilən məruzə və çıxışların, qarşıya qoyulan tapşırıqların rəhbərlik etdiyiniz idarə müəssisə və təşkilatlarda gündəlikdə duran bir məsələ kimi daim diqqət mərkəzində saxlanılsın və bu istiqamətdə təxirəsalınmaz işlər həyata keçirilməsinin vacibliyini vurğuladı.

Tədbir zamanı dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə ayrılması nəzərdə tutulan torpaq sahələrinin məqsədli təyinatı, avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaq və maye-qazdoldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması, Mərkəzin xidməti ərazisində baş vermiş suda boğulma hadisələrinin səbəbləri, təhlükəli ərazilərdən vətəndaşlar tərəfindən çimərlik kimi istifadə olunmasının qarşısının alınması istiqamətində görüləcək işlərin vacibliyi barədə geniş müzakirələr aparıldı.

Tədbirin sonunda Mərkəzin fəaliyyəti, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar, su obyektləri, hidrotexniki qurğular və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən tikililər, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və müxtəlif təyinatlı obyektlərlə bağlı suallar ətraflı cavablandırıldı.

Keçidlər