Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda əmək yarmarkası keçirilmişdir.

05 dekabr 2024 | 17:12

05 dekabr 2024-cü il tarixdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkası keçirilmişdir. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev iştirak etmişdir.

Əmək yarmarkasında Şirvan-Salyan Regional Məşğulluq filialına daxil olan  və Hacıqabul rayonunda yerləşən, 11 işəgötürən tərəfindən 107 boş iş yeri təqdim edilmişdir.

Keçidlər