Hacıqabul rayonunda “Heydər Əliyev ili” çərçivəsində Vüqar Məmmədov adına Muğan qəsəbə tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Hacıqabul rayonunda “Heydər Əliyev ili” çərçivəsində Vüqar Məmmədov adına Muğan qəsəbə tam orta məktəbinin yeni binası istifadəyə verilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Heydər Əliyev Fondunun məsul işçisi Cəmil Əliyev, Şirvan-Salyan regional Təhsil şöbəsinin müdiri Sənan Mənsimov iştirak etdi.
Heydər Əliyev Fondu təhsil sahəsindəki layihələri əsasında Hacıqabul rayonu V.Məmmədov adına Muğan qəsəbə tam orta məktəbi üçün yeni məktəb binası inşa edib.
1979-cu ildə inşa olunmuş məktəb binası köhnə və qəzalı vəziyyətdə olduğu üçün Fond Muğan qəsəbəsində yeni məktəb binasının inşasını həyata keçirib. Ümumilikdə 624 şagird yerlik 3 mərtəbəli yeni təhsil ocağı 1 korpusdan ibarətdir. Bu təhsil müəssisəsi də Fond tərəfindən zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib, məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.