Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilmişdir.

01 avqust 2023 | 14:09

Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq 01 avqust 2023-cü il tarixdə Hacıqabul rayonunda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa  keçirilmişdir. Tədbirdə İcra Hakimiyyətinin əməkdaşları, rayonun mədəniyyət və təhsil işçiləri, aktiv gənclər iştirak etmişdir.

Diskussiya şəraitində keçən tədbirdə bildirildi ki, Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda Ulu Öndər Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmiş və milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuşdur.

Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi Ulu Öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni  həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil  siyasətinin nəticəsində mümkün olduğu vurğulandı.

Keçidlər