Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “II Gənclər Kuboku” intellektual turnirin final mərhələsi keçirildi.

02 fevral 2023 | 09:53

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı "Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə əlaqədar 01 fevral 2023-cü il tarixində Hacıqabul rayonunda "Heydər Əliyev ili" və “2 fevral- Azərbaycan Gənclər günü" nə həsr olunmuş gənclər arasında “II Gənclər Kuboku” intellektual  turnirin final mərhələsi keçirildi.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi  Natiq Əhmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi  Cavid Səmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul üzrə Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Xalid Rəcəbli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul Rayon üzrə nümayəndəsi Həbib İbrahimov və rayonun aktiv gəncləri iştirak edirdi.

Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova tədbiri giriş sözü ilə açaraq gəncləri təbrik etdi və onlara  gələcək fəaliyyətlərində uğurlar arzuladı. Ən güclülərin qarşılaşdığı həlledici yarış Meyniman kənd komandasının birinciliyi ilə yekunlaşdı.

Qaliblər kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Keçidlər