Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “18 oktyabr - Müstəqilliyin bərpası günü” münasibətilə tədbir keçirildi.

17 oktyabr 2025 | 16:04

Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayonun idarə, təşkilat və müəssisələrinin əməkdaşları iştirak etdilər. Tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edənlər 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Ali Sovetinin avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirdilər. Hər bir xalq üçün dövlət müstəqilliyi, müstəqil dövlətinin olması ən önəmli məsələlərdən biri olduğu vurğulandı.

Dövlət Müstəqilliyinin bərpası Azərbaycan xalqının və millətinin başlıca məqsədi olmuşdur. 1918-ci ildə şərqdə ilk demokratik respublikanın yaranması böyük məna kəsb etmiş, lakin 23 aydan sonra süqutundan sonrada müstəqillik ideyası ictimai şüurda həmişə mövcud olmuşdur. Müstəqil dövlət yaradılması, dövlətçiliyimizin bərpası ideyası müstəqilliyimizin itirilməsindən sonrakı mərhələdə xeyli müddət davam etmişdir. 80-ci illərin sonlarında beynəlxalq aləmdə vəziyyətin dəyişməsi, keçmiş SSRİ-də mərkəzdənqaçma meyllərinin güclənməsi ilə Azərbaycanda da xalq hərəkatı dalğası yüksəldi. Görünməmiş miqyas alan bu hərəkatı yatırmaq üçün sovet tankları xalqın üstünə göndərildi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda törətdikləri vəhşiliklər, günahsız insanların qanının axıdılması xalq hərəkatını milli-azadlıq hərəkatına çevirdi. Onu da qeyd etmək lazımdır ki, ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyev bu qırğını pisləyən bəyanatla çıxış etmiş və əslində baş verən hadisələrin siyasi mahiyyətini bütün dünya ictimaiyyətinə çatdırmışdır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Ümummilli Lider Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Ümummilli Lider Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə etdiyi bildirildi.

Keçidlər