Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “27 sentyabr - Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi.

27 sentyabr 2025 | 13:10

27 sentyabr 2025-ci il tarixində Hacıqabul rayonunda “27 sentyabr - Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi.

Aksiyada Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri iştirak etdilər.

Aksiya zamanı Hacıqabul şəhərinin qərb hissəsində Hacıqabul-Muğan avtomobil yolunun kənarında şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq olmaqla ümumilikdə 100 sərv ağacı əkildi.

Keçidlər