Hacıqabul rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “28 may - Müstəqillik günü” münasibətilə "Müstəqilliyin ilk nəfəsi "adlı tədbir keçirildi.
27 may 2025-ci il tarixində “Konstitusiya və Suverenlik ili” çərçivəsində Hacıqabul rayon İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi üzrə Hacıqabul rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 may Müstəqillik günü münasibətilə "Müstəqilliyin ilk nəfəsi " adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edildi. Sonra müasir və qüdrətli Azərbaycanın banisi, müstəqil ölkəmizin Konstitusiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımız, və suverenliyimiz uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək qeyd etdilər ki, Azərbaycan Xalq Cumhuriyyətinin siyasi və hüquqi varisi olan müasir Azərbaycan Respublikasının möhkəmləndirilməsi və inkişafı məhz türk dünyasının böyük oğlu Heydər Əliyevin gərgin zəhməti və fenomen bacarığının məhsuludur. Heydər Əliyevin əsasını qoyduğu güclü və qüdrətli dövlət konsepsiyası hazırda cənab prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir.
Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın bir dövrdə işğal altında saxlanılan doğma torpaqlarımız cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, siyasətlə zamanı düzgün qiymətləndirmək bacarığı, qəhrəman oğullarımızın şücaəti sayəsində cəmi 44 gün ərzində işğaldan azad olundu. Dahi sərkərdə İlham Əliyevin rəhbərliyi ilə xalqımızın düşməni qısa müddətdə darmadağın edərək ağ bayraq qaldırmağa məcbur etməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edilməsi Müstəqil dövlətimizin və onun liderinin regionda, eləcə də beynəlxalq aləmdə layiqli mövqeyini və nüfuzunu daha da yüksəldir.
Tədbir Mədəniyyət mərkəzinin solistlərinin ifasında konsert proqramı ilə yadda qaldı.






