Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Hacıqabul şəhidlərinin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilmişdir.

26 may 2025 | 14:45

25 may 2025-ci il tarixində Hacıqabul rayon 8 nömrəli Hümanitar Təmayüllü məktəb-liseydə Hacıqabul Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Hacıqabul rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Hacıqabul şəhidlərinin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilmişdir. Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov çıxış edərək tədbiri acıq elan etdi. Tədbirdə Bakı, Şirvan, Hacıqabul, Salyan, Sabirabad və Kürdəmir komandalarının güləşçiləri, ümumilikdə 200 nəfərə yaxın idmançı iştirak edirdi. Həmçinin tədbirə bir neçə şəhid ailələrinin üzvləri dəvət olunmuşdur.

Yarışda 1-ci, 2-ci və 3-cü yerləri tutmuş idmançılara medal, kubok və diplomlar təqdim olundu.

Keçidlər