Hacıqabul rayonunda müalicə alan müharibə şəhidlərinin valideynləri ziyarət olundu.
09 dekabr 2025 | 13:47
09 dekabr 2025-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov Hacıqabul rayon Mərkəzi xəstəxanasında müalicə alan Vətən Müharibəsi şəhidi, Meyniman kənd sakini Şıxəliyev Mehti Yalçın oğlunun atası Şıxəliyev Yalçın Yahya oğlunu və Birinci Qarabağ müharibəsi şəhidi, Atbulaq kənd sakini Absalamov Zaur Əlsalam oğlunun anası Absalamova Dünyaxanım Əlicuvan qızını ziyarət etdi.
Hər iki şəxsin müalicəsinin davam etdirilməsi üçün Hacıqabul rayon Mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin həkimlərinə tapşırıqlar verildi və nəzarətdə saxlamaq tapşırıldı.






