Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda müalicə alan Vətən Müharibəsi iştirakçısı və şəhidin qohumu ziyarət olundu.

21 noyabr 2022 | 14:19

Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov Hacıqabul rayon Mərkəzi xəstəxanasında müalicə alan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən Müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Hacıqabul şəhər sakini, Vətən Müharibəsi iştirakçısı, İkinci qrup əlil, Həmidov Rabil Həsənqulu oğlunu və Vətən Müharibəsinin şəhidi, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, medalları ilə təltif olunmuş Şorbaçı kənd sakini Abdulrəhmanov Şöhrət Böyükbəy oğlunun bacısı oğlu Bədəlov Kənan Sənan oğlunu ziyarət etdi.

Hər iki şəxsin müalicəsinin davam etdirilməsi üçün Hacıqabul rayon Mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin həkimlərinə tapşırıqlar verildi və nəzarətdə saxlamaq tapşırıldı.

Keçidlər