Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda müalicə alan Vətən Müharibəsi Şəhidlərinin yaxınları ziyarət olundu.

26 avqust 2022 | 10:49

Rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov Hacıqabul rayon Mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsdə müalicə alan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “İgidliyə görə” , “Suqovuşanın azad olunmasına görə” , “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Vətən Müharibəsi Şəhidi Birinci Udullu kənd sakini, Qasımov Elman Yunis oğlunun atası, Qasımov Yunis Hüseyn oğlunu və Muğan qəsəbə sakini, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən Müharibəsi Şəhidi Əhmədov Səbuhi Ziyafət oğlunun nənəsi Fərəcova Cəmilə Qarac qızını ziyarət etdi. Hər iki şəxsin müalicəsinin davam etdirilməsi üçün Hacıqabul rayon Mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Fərhad Səfərova tapşırıqlar verildi və nəzarətdə saxlamaq tapşırıldı.

Keçidlər