Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” layihəsi çərçivəsində müharibə veteranları və müharibə əlilləri ilə görüş keçirildi.

03 sentyabr 2025 | 14:17

03.09.2025-ci il tarixdə Hacıqabul Rayon İcra Hakimiyyətinin iclas zalında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” layihəsi çərçivəsində müharibə veteranları və müharibə əlilləri ilə görüş keçirildi.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdulrəhmanov, Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Azər Şirinov, rayonun bir qrup Vətən müharibəsi əlili və veteranları iştirak etdi.

İlk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan A.Şirinov rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Bildirdi ki, rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrini, müharibə iştirakçıları və əlilləri, həmçinin onların ailə üzvlərin daim diqqətdə saxlayır. Onları narahat edən bütün məsələlərin həlli üçün lazımi tədbirlər görür ki, bu da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş dövlət  siyasətimizin əsas tərkib hissəsidir.

Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdulrəhmanov dövlətimizin müharibə veteranlarına, müharibə əlillərinə və şəhid ailələrinə şamil etdiyi güzəşt və imtiyazlardan yararlana bilmələri üçün hüquqi yardım göstərilməsi və onların qarşılaşdığı problemlərin araşdırılmasından söhbət açıb.

Tədbir Vətən Müharibəsi Veteranları ilə səmimi söhbət və dialoq əsasında davam edib.

Keçidlər