Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Mülki müdafiə sahəsində 2022-ci ilin yekunu, 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir.

01 dekabr 2022 | 16:35

01 dekabr 2022-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin akt zalında Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, rayon tabeli obyektlərin və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştiraki ilə “Mülki müdafiə sahəsində 2022-ci ilin yekunu, 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir.

Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Saleh Ələskərov, Muğan Regional Mərkəzin Mülki müdafiə idarəsinin rəisi, polkovnik Rafiq Zeynalov və Mərkəzin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, kapitan Anar Sadıqov iştirak etmişdir.

Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Saleh Ələskərov tədbiri açıq elan edərək gələn qonaqları təqdim etdi. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin zabitləri çıxışlarında mülki müdafiənin məqsədi, prinsipləri, planlaşdırılması haqqında məlumatlar verdi.

Daha sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı müzakirə apardı.

 

Keçidlər