Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Mülki müdafiə sahəsində 2025-ci ilin yekunu, 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirildi.

26 noyabr 2025 | 11:32

26 noyabr 2025-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin akt zalında Hacıqabul Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə “Mülki müdafiə sahəsində 2025-ci ilin yekunu, 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirildi.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, FHN Muğan Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi, polkovnik Rafiq Zeynalov, Mərkəzin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Anar Sadıqov, Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, kapitan Mirmöhsüm Qüdrətov, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdi.

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov tədbiri açıq elan edərək gələn qonaqları təqdim etdi. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin zabitləri çıxışlarında mülki müdafiənin məqsədi, prinsipləri, planlaşdırılması haqqında məlumatlar verdi.

Daha sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları və 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı müzakirə apardı.

Keçidlər