Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edildi.

12 dekabr 2023 | 12:17

12 dekabr 2023-cü il tarixində Respublikamızın hər yerində olduğu kimi Hacıqabul rayonunda da müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edildi.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun hüquq-mühafizə orqanlarının, həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri  Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq  abidə önünə tər çiçəklər düzdülər.

X X X

Tarix sübut etmişdir ki, dahi şəxsiyyətlərin gücü, ağlı, cəsarəti ,siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın yaratdığı dövlətin həyatında əvəzedilməz rolu ilə müəyyən olunur. Belə şəxsiyyətlər arasında müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin özünəməxsus yeri vardır. Azərbaycanın tarixinə öz adını əbədi həkk etdirmiş bu  nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət  müstəqil dövlət quruculuğu dövrü kimi daxil olmuşdur.  Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Məhz Ulu Öndərin ikinci dəfə xilaskarlıq missiyası ilə hakimiyyətə dönüşündən sonra Azərbaycanda bütün atributlara malik güclü dövlətin formalaşması prosesinə start verilmişdir. Heydər Əliyevin əsasını qoyduğu güclü və qüdrətli dövlət quruculuğu konsepsiyası daha sonralar cənab Prezident İlham Əliyev tərəfindən  ən yüksək səviyyədə davam etdirildi. Ümummilli liderin düşmən işğalında olan Qarabağ haqqında xalqa müraciət edərkən daima “Biz o torpaqlara gedəcəyik, inanın ki, gedəcəyik!” ifadəsi cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik uzaqgörən siyasəti, siyasət və zamanı düzgün uzlaşdırma bacarığı sayəsində 2020-ci ildə xalqımız üçün qürurverici bir reallığa çevrildi.

Bəzi ermənipərəst Qərb dövlətləri və beynəlxalq təşkilatların ikili standartlar prinsipi ilə yanaşaraq Qarabağ münaqişəsinin həllində mümkünsüz bir mənzərənin yaratması nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın bir dövrdə işğal altında saxlanılan doğma torpaqlarımız Müzəffər Ali Baş Komandanın hərbi-siyasi bacarığı, qəhrəman oğullarımızın şücaəti nəticəsində cəmi  44 gün ərzində işğaldan azad olundu. Düşmənin qısa müddətdə darmadağın edilərək ağ bayraq qaldırmağa məcbur edilməsi dövlət başçımızın və xalqımızın daima Heydər Əliyev ideyalarına sadiq qalaraq mövcud  işğal vəziyyəti ilə barışmadığını, bu illər ərzində hər an doğma torpaqlarımızın düşmən tapdağından azad olunması barədə gərgin mübarizə apardığını, bu mübarizədə yalnız qələbə barədə düşündüyünü aydın şəkildə göstərir.

Keçidlər