Hacıqabul rayonunda ”Nə qədər ki Azərbaycan var, Heydər Əliyev də var olacaq!” adlı tədbir keçirildi.
06 sentyabr 2023-cü il tarixdə Hacıqabul rayon Mədəniyyət mərkəzində "Heydər Əliyev İli" çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə "Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var olacaq!" adlı tədbir keçirildi.
Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, qonaqlar Yeni Azərbaycan Partiyası Veteranlar Şurası sədrinin müavini, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanova, Azərbaycan Tibb Universitetinin Epidemiologiya və Biostatistika kafedrasının müdiri, Tibb Elmlər Doktoru, Proffesor, Əməkdar elm xadimi, Əməkdar müəllim İbadulla Ağayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexanika kafederasının Professoru, Texniki Elmlər doktoru, Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, Şöhrət Ordenli Əməkdar müəllim Ramiz Həsənov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Əli Axundov, eləcə də Hacıqabul rayonunda yerləşən hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, YAP fəalları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qaziləri iştirak edirdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olundu.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.
YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, YAP Veteranlar Şurasının sədr müavini, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmlər doktoru, professor, əməkdar elm xadimi, əməkdar müəllim İbadulla Ağayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Professoru, texniki elmlər doktoru, Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, Şöhrət Ordenli Əməkdar müəllim Ramiz Həsənov çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat yolu və əmək fəaliyyətindən danışdılar.
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov yekun nitqi ilə çıxış edərək qeyd etdi ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada dayanan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Sonda YAP Hacıqabul rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş qrup partiya fəalı ”Fəxri Fərman” və qiymətli hədiyyələrlə təltif edildilər.
YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olundu.