Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda qanvermə aksiyası keçirildi.

12 noyabr 2025 | 14:37

12 noyabr 2025-ci il tarixində Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ-da Rayon İcra Hakimiyyətinin və Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” PHŞ-nin əməkdaşlarının təşkilatçılığı ilə qanvermə aksiyası təşkil edilmişdir.

Rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatlar qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyada iştirak ediblər. Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən, o cümlədən talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Humanitar aksiya çərçivəsində 100-ə qədər donordan qan götürülüb. Tədarük olunan qan nümunələri “Respublika Qan Bankı” PHŞ-yə göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

Keçidlər