Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Regional İnkişaf İctimai Birliyinin (RİİB) müxtəlif bölgələrdən olan könüllüləri ilə görüş keçirildi.

26 dekabr 2025 | 14:44

25.12.2025-ci il tarixdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Regional İnkişaf İctimai Birliyinin ilin yekunlarına dair təşkil edilmiş hesabat yığıncağında iştirak etmişdir.

Tədbirdə 2025-ci ilin RİİB ailəsi üçün məsuliyyət, fədakarlıq və real nəticələrlə yadda qaldığını və sosial, səhiyyə, təhsil və ekoloji sahələrdə həyata keçirilən layihələrin minlərlə insanın həyatına dəstək və ümid olduğu bildirmişdir.

Sonda RİİB könüllülərinin bu gün cəmiyyətimizin ən etibarlı dayaq nöqtələrindən olduğu nəzərə çatdırılaraq, gördükləri işlərə görə hər birinə təşəkkür edilib. Bu nəcib missiyada gələcək illərdə də eyni əzmlə irəliləmələri arzulanmışdır.

Keçidlər