Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda şəhər və rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirildi.

14 mart 2025 | 15:35

14 mart 2025-ci il tarixində Hacıqabul rayonunda şəhər və rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirildi. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin 2025-ci il üçün mülki müdafiə tədbirlər Planına əsasən 14 mart 2025-ci il tarixində Hacıqabul rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilmişdir. Məşqə Hacıqabul rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və rayon mülki müdafiə qüvvələrinin şəxsi heyəti, avtomobillər və texnikalar cəlb edilmişdir. Tədbirdə rayonun 14 hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstəsi iştirak etmişdir.

Toplanış zamanı dəstələrin 24 ədəd avtomobil, texnikası və müvafiq sayda alət və avadanlıqlar cəlb edildi. Epidemiya əleyhinə səyyar dəstə, Rabitə, Tibb, Yanğından mühafizə, İctimai asayişin mühafizə, Qaz-bərpa, Su kanalizasiya qəza bərpa, Ərazi xilasetmə dəsətsi, Ərazi kəşfiyyat dəstəsi, Mühəndis xidməti, Yol-körpü təmir qrupu, Kənd təsərrüfatı heyvanlarının və bitkilərinin mühafizəsi dəstəsi və Avtonəqliyyat xidmətinin komandirləri şəxsi heyətin toplanışını təşkil etdi.

Məşqdə qərargah rəisinin rəhbərliyi ilə ərazi mülki müdafiə dəstəsinin fərdi mühafizə vasitələri, xilasetmə və qəza-bərpa işlərinin yerinə yetirilməsi üçün ayrılmış mühəndis texnika və avadanlıqlarının vəziyyətinə baxış keçirdi.

Xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqinin rəhbəri çıxış edərək iştirakçıların fəaliyyətini qiymətləndirdi və məşqin gedişi zamanı yol verilən nöqsanları qeyd edərək onların aradan qaldırılması üçün tövsiyyələr verdi.

Keçidlər