Hacıqabul rayonunda “Şəhərsalma və Memarlıq İli, qarşıda duran vəzifələr” adlı tədbir keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 10 iyun 2026-cı il tarixində Hacıqabul rayonunda “Şəhərsalma və Memarlıq İli, qarşıda duran vəzifələr” adlı tədbir keçirib.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, aparatın məsul işçiləri, FHN-in regionda fəaliyyət göstərən qurumlarının, eləcə də idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Saleh Ələskərov 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bəndlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışdı.
Daha sonra çıxış edən Muğan Regional Mərkəzin Operativ reaksiyavermə və əməliyyat-planlaşdərma idarəsinin rəisi, polkovnik-leytenant Vüqar Miri şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat verdi
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı.






