Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda şəhid övladları üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi.

01 iyun 2026 | 16:56

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Hacıqabul Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid övladları üçün tədbir keçirildi.

Tədbir çərçivəsində şəhid övladları Hacıqabul rayonunda fəaliyyət göstərən "Qədir-Xum" Ailəvi İstirahət Mərkəzində bir araya gələrək onlar üçün təşkil edilmiş ziyafət süfrəsində iştirak etdilər və asudə vaxtlarını xoş əhval-ruhiyyədə keçirdilər.

Keçirilən tədbirin əsas məqsədi şəhid ailələrinin övladlarına diqqət və qayğı göstərilməsi, onların bayram sevincinin bölüşdürülməsi və mənəvi dəstəyin ifadə edilməsi oldu.

Tədbir uşaqların xoş əhval-ruhiyyədə və yaddaqalan gün keçirməsi ilə yekunlaşdı.

Keçidlər