Hacıqabul rayonunda şəhid övladları üçün bayram əyləncəsi təşkil olundu.
31 may 2025-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “1 İyun –Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Qədir-Xum İstirahət Mərkəzində Vətən Müharibəsi şəhidlərinin övladları üçün əyləncə təşkil olundu. Əyləncə uşaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş edərək, onları daha da sevindirdi. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyev, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara mütəmadi olaraq göstərdiyi diqqət və qayğı əvəzolunmazdır.






