Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Tarix yazan əbədiyaşar Lider ” adlı dəyirmi masa keçirildi.

17 oktyabr 2023 | 17:22

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı 17 oktyabr  2023-cü il tarixində Hacıqabul rayon  DAİM-in inzibati binasında  “Tarix yazan əbədiyaşar Lider ” mövzusunda   dəyirmi masa  keçirildi.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun idarə, müəssisə rəhbərləri və əməkdaşları iştirak edirdi. Tədbirdə ilk öncə   Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov  qeyd etdi ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.  Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.  Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin əsas  həyat amalı olmuşdur. İllər, əsrlər keçəcək Azərbaycanın bu dahi övladını hər bir azərbaycanlı öz qəlbində daima yaşadacaqdır.

Daha sonra çıxış edən natiqlər onu da vurğuladılar ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Məhz Heydər Əliyev siyasətinin qətiyyətli davamçısı olan Cənab Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik bacarığı, müdrik uzaqgörən siyasəti nəticəsində xalqımız üçün 200 illik bəlaya çevrilmiş məsələ 20 ilə öz həllini tapdı.

19-20 sentyabr 2023-cü il tarixində keçirilən antiterror əməliyyatı nəticəsində torpaqlarımız tam olaraq düşmən tapdağından azad edildi, Ali Baş Komandanın möhkəm iradəsi sayəsində  15 oktyabr 2023-cü il  tarixində isə işğaldan azad edilmiş Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə Dövlət Bayrağımız ucaldıldı.

Keçidlər