Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların müzakirəsi” mövzusunda dəyirmi masa keçirilmişdir.

11 avqust 2023 | 12:31

      Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına müvafiq olaraq 11 avqust 2023-cü il tarixdə Hacıqabul rayonunda  Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların müzakirəsi mövzusunda dəyirmi masa  keçirilmişdir.

       Tədbirdə İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Valeh Bağırov, Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Dövran Həsənov və rayonun bir qrup mədəniyyət işçiləri iştirak etmişdir.

       Əvvəlcə tədbir iştirakçıları Hacıqabul rayon Mərkəzi kitabxanasında Ulu öndərin zəngin siyasi irsi, şərəfli həyat yolu və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış oldular.

       Hacıqabul şəhər folklor klubunda, dəyirmi masa ətrafında davam edən tətbirdə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli irsinin tükənməz olduğu qeyd edilərək, dahi şəxsiyyətin vətəni, xalqı qarşısında misilsiz xidmətlərindən geniş söhbət açıldı.

Keçidlər