Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirildi.

12 dekabr 2025 | 16:09

12 dekabr 2025-ci il tarixində Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Hacıqabul rayonunun Muğan qəsəbəsində yerləşən “Agro Dairy” MMC-nin ərazisində ağacəkmə aksiyası keçirildi.

Tədbirdə “Agro Dairy” MMC-nin İdarə Heyətinin sədri Niyazi Əmirbəyov, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və “Agro Dairy” MMC-nin kollektivi iştirak etdi. Ərazidə təmizlik-abadlıq işləri aparıldı, yeni əkilən tinglər suvarılıb aqrotexniki qaydada qulluq göstərildi. 

Keçidlər