Hacıqabul rayonunda Ulu Öndər Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ehtiramla yad edildi.
12 dekabr 2025 | 11:18
12 dekabr 2025-ci il tarixində Respublikamızın hər yerində olduğu kimi Hacıqabul rayonunda da müasir Azərbaycan dövlətinin memarı, Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümündə xatirəsi böyük ehtiramla yad edildi.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanlarının, həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzdülər.






