Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Ulu Öndər Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.

12 dekabr 2025 | 14:48

12 dekabr 2025-ci il tarixində Hacıqabul rayonunda Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov,  rayonun hüquq-mühafizə orqanlarının, həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri və qazilər iştirak etdilər.

Tədbirdə ilk öncə Xalqımızın Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edənlər, Rayon Ağsaqqallar Şurasının üzvü Şükür Məmmədov, keçmiş təhsil işçisi əməkdar müəllim Gülüstan Almazova, rayon ağsaqqallı Əmrah Süleymanov və Hacıqabul şəhər Cümə məscidinin imamı Şəhruz Həsənov qeyd etdilər ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Ümummilli Lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini hər zaman uca tutacaq və minnətdarlıqla anacaqdır.

Keçidlər