Hacıqabul rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir.
07 may 2025 | 16:52
07 may 2025-ci il tarixdə Hacıqabul rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbində rayonun ümumtəhsil müəssisələrinin müəllimlərinin iştirakı ilə şahmat turniri keçirildi.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, icra hakimiyyətinin məsul işçiləri, o cümlədən ümumtəhsil məktəblərinin rəhbər və müəllim heyəti iştirak edirdi.
Tədbirin sonunda qalib iştirakçılar mükafatlandırıldı.






