Hacıqabul rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir və konsert proqramı keçirimlidir.
10 may 2022-ci il tarixində XX əsr Azərbaycan tarixinin nadir şəxsiyyətlərindən biri olan, öz həyat salnaməsi ilə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan, öz millətinə, xalqına həmişə xidmət edən və bu xidmətləri ilə Azərbaycanlıların qəlbində, yaddaşında əbədiləşən xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Hacıqabul rayonunda tədbir və konsert proqramı keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və bir qrup ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edilərək önünə tər gül dəstləri qoydular. Tədbirin davamında şəhər Mədəniyyət Evində təşkil edilmiş kitab sərgisi və məktəblilərin əl işləri nümayiş etdirilib. Tədbirdə respublikamızın və rayonumuzun tanınmış mədəniyyət və incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.