Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Ümummilli lider Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.

12 dekabr 2024 | 18:58

12 dekabr 2024-cü il tarixində Hacıqabul rayonunda  Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov,  Millət vəkili Rafael Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının, həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri,   şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri  iştirak etdilər.

Tədbirdə ilk öncə Xalqımızın Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov çıxış edərək qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşmüşdür. Azərbaycanın tarixinə öz adını əbədi həkk etdirmiş bu  nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət  müstəqil dövlət quruculuğu dövrü kimi daxil olmuşdur.   Ulu Öndər ölkəyə rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı azadlığına qovuşduran, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin özü qədər sevdiyi Azərbaycan onun görmək istədiyi zirvələri inamla fəth edir.

Millət vəkili Rafael Hüseynov milli dövlətçilik tarixində xüsusi bir mərhələni təşkil edən Heydər Əliyev siyasi təfəkkürünün, azərbaycançılıq ideologiyasının müasir dövrün iqtisadi, mədəni, siyasi dirçəlişindəki mühüm rolundan danışaraq, bu uzaqgörən siyasətin xalqın milli özünüifadə və milli qürur hissinin yüksəlişində danılmaz amil olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, ölkənin müstəqilliyinin, iqtisadiyyatının möhkəmləndirilməsi, onun əbədi xarakter alması Ulu Öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixi dövrü görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir.

Tədbirdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov qeyd etdi ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini hər zaman  uca tutacaq və minnətdarlıqla anacaqdır.

Keçidlər