Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş keçirilmişdir.

04 noyabr 2025 | 15:40

04 noyabr 2025-ci il tarixdə “8 noyabr-Zəfər Günü”nün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər planına müvafiq olaraq Hacıqabul Rayon İcra Hakimiyyəti, Rayon Təhsil sektoru, Heydər Əliyev Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilmişdir.

Tədbir Vətən müharibəsində qəhrəmanlıq göstərmiş igid oğullarımızı gənc nəslə daha da yaxından tanıdılması, onların keçdiyi şərəfli döyüş yolu barədə gənclərə məlumat verilməsi, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədi daşıyırdı.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saveh Ələskərov qəhrəman oğullarımızın keçdiyi şərəfli yoldan danışaraq şəhidlərimizin və qazilərimizin vətən tarixində əbədi iz qoyduğunu, dövlətimizin və xalqımızın daima şəhid ailələrinin, qazilərimizin, müharibə iştirakçılarımızn yanında olduğunu, həmçinin onların ən kiçik problemlərinə həssaslıqla yanaşıldığını vurğuladı.

Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ülviyyə İbadova çıxış edərək tədbirin əhəmiyyətindən, qəhrəman qazilərimizin gənclər üçün örnək olacaq həyat yolundan bəhs etdi. Tədbirdə Vətən müharibəsindəki möhtəşəm Zəfərimizə həsr olunmuş qısa videoçarx nümayiş olundu.

Görüşdə Vətən müharibəsi veteranları - Mirzəzadə Salman, Məmmədov Xəyal, Əhədov Əlişad və Qarayev Rizvan çıxış edərək öz döyüş xatirələrini, müharibə zamanı yaşadıqları unudulmaz anları bölüşdülər. Vətənə sədaqətli, dövlətimizə bağlı olmağın ən müqəddəs vəzifə olduğunu qeyd etdilər.

Daha sonra gənclər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Sonda iştirakçılar xatirə şəkli çəkdirdilər.

Vətən müharibəsi qəhrəmanlarının keçdiyi yol azadlığımızın, sabahımızın və milli qürurumuzun təməlidir.

Keçidlər