Hacıqabul rayonunda Vətən Müharibəsi Şəhidi Ağaməmmədov Xəyal Salam oğlunun doğum günündə adına bulaq kompleksinin açılışı olmuşdur.
Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalan Hacıqabul rayonunun Kolanı kəndində anadan olmuş Ağaməmmədov Xəyal Salam oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə doğum günündə tikilmiş bulaq kompleksinin açılışı olmuşdur
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak etmişdir.
Şəhidin məzarı ziyarət olundu, üzərinə və xatirə bulağının önünə tər qərənfillər düzüldü. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidin valideynlərinə baş sağlığı verdi, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından danışdı. Şəhid ailələrinə və müharibə iştirakçılarına, müharibədə sağlamlığın itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısını qeyd etdi. Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Ölkə Başçısına minnətdarlıqlarını bildirdi.
Ağaməmmədov Xəyal Salam oğlu 13.11.2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “İgidliyə görə”, “Füzuli azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Sonda Şəhidlərin ruhuna dualar oxundu.