Hacıqabul rayonunda Vətən Müharibəsi Şəhidi Alışov Samir Cəlil oğlunun xatirəsi doğum günündə anılıb.
Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalan Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olmuş Alışov Samir Cəlil oğlunun xatirəsi doğum günündə məzarı önündə anılıb.
Xatirə tədbirində rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak etmişdir.
Şəhidin məzarı ziyarət olundu, üzərinə tər qərənfillər düzüldü. Anım mərasimdə iştirak edənlər tərəfindən Şəhidin valideynlərinə baş sağlığı verərək, Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan söhbət açıldı. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən, bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyi tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışıldı. Şəhid ailələrinin qayğılarının, onları narahat edən məsələlərin həlli hər zaman dövlət başçının diqqətində olduğu vurğulandı.
Alışov Samir Cəlil oğlu 25.10.2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “İgidliyə görə”, “Füzuli azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Sonda Şəhidlərin ruhuna dualar oxundu.