Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Vətən Müharibəsi Şəhidi Kərimli Qalası Müslüm oğlunun anım günündə xatirəsi anıldı.

21 aprel 2022 | 11:15

Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olmuş, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Kərimli Qalası Müslüm oğlunun anım günündə qəsəbənin Vətən Müharibəsi Şəhidləri Kərimli Qalası Müslüm oğlu və Əhmədov Səbuhi Zİyafət oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş bulaq kompleksinin açılışı olmuşdur.
Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin bir qrup nümayəndələri, məktəblilər, şəhidin dostları, ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər. Şəhidin xatirəsi anılaraq xatirə bulağının önünə tər qərənfillər düzülmüşdür. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb.

Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidlərin valideynlərinə baş sağlığı verdi, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından danışdı. Şəhid ailələrinə və müharibə iştirakçılarına, müharibədə sağlamlığın itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısını qeyd etdi. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Ölkə Başçısına minnətdarlıqlarını bildirdilər.

Şəhid Kərimli Qalası Müslüm oğlu Vətən Müharibəsi göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Sonda Şəhidlərin ruhuna dualar oxundu.

Keçidlər