Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Vətən Müharibəsi Şəhidi Yaqubov Hümbət Mərhəmət oğlunun xatirəsi doğum günündə anılıb.

05 sentyabr 2022 | 09:09

Hacıqabul rayonunun Meyniman kəndində anadan olmuş, Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Yaqubov Hümbət Mərhəmət oğlunun xatirəsi onun doğum günündə məzarı önündə anılıb.

Xatirə tədbirində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak etmişdir.

Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə tər qərənfillər düzülmüşdür. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Şəhidin valideynlərinə baş sağlığı verdi, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açdı. Bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışdı. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulandı.

Yaqubov Hümbət Mərhəmət oğlu 30.10.2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə”, Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

Sonda Şəhidlərin ruhuna dualar oxundu.

Keçidlər