Hacıqabul rayonunda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
26 fevral 2023 | 10:20
26 fevral 2023-cü il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivi iştirak edib.
Tədbir iştirakçıları Şəhidlər xiyabanında “Xocalı faciəsi” qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib gül dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini böyük hörmətlə anıblar.