Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

26 fevral 2025 | 15:06

26 fevral 2025-ci il tarixində Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə anım mərasimi keçirilmişdir. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak etmişdir.

Mərasim iştirakçıları ilk öncə Şəhidlər xiyabanında “Xocalı faciəsi” qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş  vətən övladlarının xatirəsini böyük hörmətlə andılar.

Daha sonra Hacıqabul rayon Mədəniyyət Mərkəzində rayonun mədəniyyət işçilərinin iştirakı ilə “Buza dönmüş xatirələr” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.  Kompozisiyada 1992-ci il fevralın 26-da törədilmiş bu qanlı faciənin  Azərbaycan tarixində ən dəhşətli hadisələrdən biri olduğu əks olunmaqla yanaşı, eyni zamanda yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, vətənə, torpağa məhəbbət hissinin böyük vüsət alması və onların düşməndən qisas alaraq qələbəyə doğru inamla addımladığı göstərilirdi.

Tədbirdə həmçinin o da qeyd olundu ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 19-20 sentyabr 2023-cü il tarixində  qədim yurd yerimiz olan Xocalını düşmən tapdağından azad etdi. Bu ərazidə  dövlət bayrağımızın qaldırılması xalqımıza ikinci dəfə qələbə sevincini bəxş etdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər