Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilmişdir.

26 oktyabr 2024 | 13:09

26 oktyabr 2024-cü il tarixdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Hacıqabul rayonunda növbəti ağacəkmə aksiyası keçirilmişdir.  

Aksiyada Hacıqabul Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon könüllüləri olmaqla, ümumilikdə 100 nəfər iştirak edirdi.

Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən ağacəkmə aksiyasında Bakı-Qazax magistral avtomobil yolunun Pirsaat və Navahı qəsəbə ərazisindən keçən hissəsinin sağ və sol tərəflərində, yolun kənarlarında eldar şamı və sərv ağacları olmaqla gün ərzində ümumilikdə 2000 ədəd ağac əkilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan ərazidə yeni əkilən tinglər suvarılıb aqrotexniki qaydada qulluq göstərilmişdir. Aksiya çərçivəsində ümumilikdə 10000 ağacın əkilməsi planlaşdırılmışdır.

Ağacların əkilməsində məqsəd ekoloji mühitin daha da yaxşılaşdırılması və sağlam ətraf mühitin yaradılmasıdır.

 

 

Keçidlər