Hacıqabul rayonunda “Zəfər günü”nün ikinci ildönümü qeyd edilmişdir.
08 noyabr 2022-ci il tarixdə Hacıqabul şəhər istirahət parkında “Zəfər günü”nün ikinci ildönümü qeyd edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 03 dekabr tarixli Sərəncamına əsasən “08 noyabr - Zəfər günü” bütün ölkə ərazisində olduğu kimi Hacıqabul rayonunda da təntənəli şəkildə qeyd olundu. Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, Millət vəkili Rafael Hüseynov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, rayon ictimaiyyətinin bir qrup nümayəndələri iştirak edib.
Tədbirdə 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən, xalqımızın həmrəyliyindən, Ali Baş Komandanın “Dəmir yumruğu” ətrafında birləşməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışılıb.
Sabirabad regional Mədəniyyət idarəsinin Hacıqabul rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş “Zəfər günü” münasibəti ilə “Zəfərin Mübarək Azərbaycan” adlı geniş konsert proqramı təşkil olunmuşdur.