Hacıqabul rayonunda “Zəfər Kuboku” adlı tədbir keçirildi.
03 noyabr 2022-ci il tarixdə "Qədir-xum" Ailəvi İstirahət Mərkəzində, 2 ay davam edən, 200 nəfər gənci əhatə edən “8 noyabr - Zəfər Günü"-nə həsr olunmuş "Zəfər kuboku" intellektual oyunun final mərhələsi keçirildi. Final mərhələsində ümumtəhsil məktəblərindən 4,6,8 saylı, Rəncbər kənd və Navahı qəsəbə 1 saylı tam orta məktəblərinin komandaları iştirak etdi.
Zəfər Kubokunun qalibi Hacıqabul şəhər 8 saylı Humanitar Təmayüllü məktəb-liseyin komandası oldu. 2-ci və 3-cü yerləri isə şəhər 6 saylı və Rəncbər kənd tam orta məktəbinin komandaları qazanmışdır.
1-ci, 2-ci və 3-cü yerə layiq görülən komandaların üzvlərini təşkilatçılar tərəfindən təsis edilən müvafiq diplomlar və medallarla təltif olunub. "Zəfər kuboku" Hacıqabul rayon İcra Hakimiyyətinin dəstəyi, Hacıqabul rayon Gənclər və İdman İdarəsi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.