Hacıqabul rayonunda”Prokuror” tamaşası nümayiş etdirildi.
15 noyabr 2024-cü il tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzində Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin ”Prokuror” pyesi əsasında, baş rejissor Anar Babalının quruluşunda hazırlanmış ”Prokuror” tamaşası nümayiş etdirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat kollektivləri, eləcə də aktiv rayon sakinləri səhnə əsərinə tamaşa etdilər. Bir-birindən maraqlı rollar oynayan aktyorların ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov teatrın aktyorları ilə görüşüb səmimi söhbət etdi. Onların və teatrın gələcək fəaliyyətinə uğurlar arzuladı.