Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunun Atbulaq kəndində növbəti səyyar qəbul-görüş keçirildi.

17 mart 2025 | 16:13

17 mart 2025-ci il tarixdə Hacıqabul rayonunun Atbulaq kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar qəbul-görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və sakinlər iştirak etdilər.

Qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Rayon İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.

Keçidlər