Hacıqabul rayonunun Axtaçı-Şirvan kəndində növbəti səyyar qəbul-görüş keçirildi.
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbul-görüşlərin keçirilmə məqsədi sakinlərin problemlərini dinləmək və həll edilməsini təmin etməkdir. Bununla əlaqədar olaraq, təsdiq olunmuş səyyar qəbul-görüş qrafikinə əsasən, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov yerlərdə görüşlər keçirir, müraciət edən vətəndaşların təklif və problemlərini dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verir.
17 yanvar 2025-ci il tarixdə Hacıqabul rayonunun Axtaçı-Şirvan kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar qəbul-görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və sakinlər iştirak etdilər.
Qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Rayon İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.