Hacıqabul rayonunun İkinci Paşalı kəndində növbəti səyyar qəbul-görüş keçirildi.
07 iyul 2022-ci il tarixdə təsdiq edilmiş qrafikə uyğun olaraq rayon İcra Hakimiyyəti başçısının Hacıqabul rayonunun İkinci Paşalı kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, bir qrup sakinlər iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.
İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı rəhbər orqanlara müraciət edilməsi nəzərdə tutulub.
Səyyar qəbul və görüşdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və rayon ictimaiyyəti nümayəndələri tərəfindən Birinci Qarabağ və “Vətən” müharibəsində şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olundu və parka baxış keçirildi.