Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunun Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun tikintisi işləri sürətlə davam edir.

28 noyabr 2022 | 16:48

On iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən uzunluğu 41,0 km olan Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun tikintisi məqsədilə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2021-ci il tarixli  Sərəncamı ilə 5,0 milyon manat və 04 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 12,0 milyon vəsait ayrılmışdır.

Yolun tikintisi Agentliyin “8№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC tərəfindən həyata keçirir. Yol tikintisi ilə bərabər Pirsaat çayının üzərindən keçən körpü də yenidən tikilir. Hazırda tikintisi başa çatmaq üzrə olan körpü üç aşırımlı olmaqla müasir standartlara cavab verir. Yol əvvəlki vəziyyətinə nisbətən genişləndirilmiş, yolun yatağı hündürləşdirilmiş, tələb olunan yerlərdə sukeçidləri quraşdırılmışdır. Yol tikinti işləri yüksək keyfiyyətlə, plan uyğun olaraq davam etdirilir.

Hazırda yolun  29 km-də yol yatağı işlənmiş, 25 km-də asfalt-beton döşənmişdir. Yolun inşasını 2023-cü ilin aprel ayında başa çatdırılması nəzərdə tutulmuşdur.

Keçidlər