Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunun Navahı qəsəbə sakini şəhid Qasımov Vüqar Rasim oğlunun xatirəsi vəfatının ildönümündə anılıb.

25 yanvar 2023 | 12:34

Hacıqabul rayonunun Navahı qəsəbəsində anadan olmuş, 25 yanvar 2015-ci tarixdə Gədəbəy rayonunda döyüş postunda olarkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhidlik zirvəsinə ucalmış Qasımov Vüqar Rasim oğlunun xatirəsi vəfatının ildönümündə məzarı önündə anılıb.

Xatirə tədbirində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin bir qrup nümayəndələri və şəhidin ailə üzvləri iştirak etmişdir.

Şəhidin məzarı ziyarət olundu, məzarı üzərinə tər qərənfillər düzüldü. Anım mərasimdə iştirak edənlər tərəfindən şəhidin valideynlərinə baş sağlığı verildi, şəhidlərin göstərdikləri qəhrəmanlıqlardan söhbət açıldı. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən, şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyi tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışıldı. Şəhid ailələrinin qayğılarının, onları narahat edən məsələlərin həlli hər zaman dövlət başçının diqqətində olduğu vurğulandı.

Sonda şəhidlərin ruhuna dualar oxundu.

Keçidlər