Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunun Navahı qəsəbəsində növbəti səyyar qəbul-görüş keçirildi.

05 dekabr 2024 | 18:00

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbul-görüşlərin keçirilmə məqsədi sakinlərin problemlərini dinləmək və həll edilməsini təmin etməkdir. Bununla əlaqədar olaraq, təsdiq olunmuş səyyar qəbul-görüş qrafikinə əsasən, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov yerlərdə görüşlər keçirir, müraciət edən vətəndaşların təklif və problemlərini dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verir.

05 dekabr  2024-cü il tarixdə Hacıqabul rayonunun Navahı qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar qəbul-görüşdə Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və sakinlər iştirak etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək son illərdə respublikamızın o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.

Rayon İcra Hakimiyyətinin başçısı  qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Rayon İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.

 

Keçidlər