Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhər 10 saylı tam orta məktəbində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi.

01 fevral 2023 | 13:56

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı 01 fevral  2023-cü il tarixində  “02 fevral – Gənclər Günü” ilə əlaqədar Hacıqabul şəhər 10 saylı tam orta məktəbində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir  keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Natiq Mustafayev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul üzrə Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov, ATİAHİ Hacıqabul rayon komitəsinin sədri Kifayət Əmirbəyova və bir qrup təhsil işçisi  iştirak edirdi.

Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova tədbirdə çıxış edərək Ulu Öndərin gəncliyə və gənclərə göstərdiyi etimadın  bu gün artıq öz təsdiqini tapdığını qeyd etdi. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Çıxış edən gənc təhsil işçiləri  qeyd etdilər ki, Ümummilli lider Heydər Əliyevdən miras qalan   Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Tədbirin sonunda ilboyu gənc nəslin təlim-tərbiyəsində fərqlənən təhsil işçiləri mükafatlandırıldı.

Keçidlər